!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vüsalə: “Əvvəllər buna görə çox əsəbiləşirdim, hətta…”

!Reklam – Yazi

“Əvvəllər buna görə daha çox əsəbiləşirdim, cavab verirdim, amma indi yox. Heç əsəbiləşmirəm və görmürəm də…”

Bu fikirləri “Sosial şəbəkə hesabınızda paylaşımlarınız zamanı şərh bölümünü bağlı saxlayırsınızmı?” sualını cavablandırarkən tanınmış aparıcı Vüsalə Kərimova Yenicag.az-a açıqlamasında deyib.

Aparıcı şərh bölməsini hər kəs üçün açıq saxlamadığını bildirib və bunun səbəblərini izah edib:

“Şərh bölməsini açıq saxlayıram və rəy yazmaq istəyən yazır da… Amma şərh bölməsini açıq saxlasam da, paylaşımıma yalnız məni izləyən insanlar şərh yazıb, fikir bildirə bilərlər. Bunun da səbəbləri var. Bir də görürsən, kimsə bekar adamdır, saxta profil açır, səni tanıdı-tanımadı ağzına gələni yazmağa başlayır. Onlara nəzarət etmək də çox çətin olur. Mən özümdən daha çox şəkil paylaşdığım insanlara görə narahat oluram. Məsələn, səhifəmdə kiminləsə birgə şəkil paylaşıramsa, onların haqqında təhqir və mənfi rəylərin yazılmasının qətiyyən əleyhinəyəm. Buna görə də, kiminləsə şəkil paylaşıramsa, ona yazılan hansısa mənfi bir rəyi görməmək üçün paylaşımlarıma yalnız məni izləyən insanlar şərh yaza bilər. Məni də təbii ki, sevən insanlar izləyir, sevməyən insanlar niyə məni izləsinlər ki? Bir də görürsən qanını qaraldacaq pis bir fikir yazmaq üçün kimsə səni izləməyə başladı. Mən də dərhal onu qara siyahıya atıram, həmin adam avtomatik olaraq səhifədən çıxır. Əvvəllər buna görə daha çox əsəbiləşirdim, cavab verirdim, amma indi yox. İndi heç əsəbiləşmirəm və o şərhləri görmürəm də. Çünki indi dediyim kimi, yalnız məni sevən insanlar üçün rəy bölümünü açıq saxlamışam”.

V.Kərimova həmin adamlara vaxt itirmək istəmədiyini deyib:

“Dəyərli vaxtımı və dəyərli ömrümü belə mənasız şeylərə sərf etmək istəmirəm. Ora mənfi fikirlər yazan insanın öz vaxtına, həyatına heyfi gəlmir, amma mənim ona ayırdığım vaxtıma, saatıma və həyatıma heyfim gəlir”.

Cəvahir

www.yenicag.az

902
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv