!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vyana konvensiyasını xatırladan Rusiya Ukraynadakı səfirlik və konsulluqları niyə vurur?” - ETİRAZ

!Reklam – Yazi

“Rusiyanın diplomatik nümayəndəlikləri hücuma məruz qalırsa, bunun səbəbi Kremlin təcavüzkar siyasətidir”.

Bu fikirləri Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda bu ölkənin rəsmilərinin müxtəlif dövlətlərdəki səfirliklərinə qarşı hücumlarla bağlı təhdid tonlu narazılıqlarına münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin fikrincə, Qərb ölkələrinə Vyana konvensiyasının xatırladan Rusiya ilk növbədə özü həmin sənədin tələblərini pozur:

“Rusiyanın Ukraynaya qarşı fevralın 24-də başladığı hərbi təcavüz bir daha göstərdi ki, bu ölkə nə müharibənin aparılması qaydalarına, nə də diplomatik toxunulmazlıq prinsiplərinə məhəl qoyur.

Çox təəssüf ki, Ukraynaya hərbi təcavüz nəticəsində Azərbaycan da artıq zərər görmüş ölkələr sırasındadır. Hər halda, Rusiya ordusunun bombardmanı nəticəsində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun vurulması çox ciddi hadisədir.

Amma Rusiya ordusu tərəfindən diplomatik nümayəndəliklərin vurulması tək Azərbaycan səfirliyi ilə yekunlaşmayıb. Xarkovun bombalanması nəticəsində Albaniya konsulluğuna da raket düşüb və bina dağıdılıb.

Bütün bunlara baxmayaraq, Rusiya Ukraynadakı səfirlik və konsulluqların vurulmasına son qoymaq əvəzinə, özünün diplomatik nümayəndəliklərinin hücuma məruz qalmasından şikayətlənir, Qərb ölkələrini Vyana konvensiyasına əməl etməyə çağırır.

Lakin Kremldə nəzərə almırlar ki, Rusiyanın diplomatik nümayəndəlikləri hücuma məruz qalırsa, bunun səbəbi onun təcavüzkar siyasətidir. Fikrimcə, Rusiya Ukraynaya hərbi təcavüzlə yanaşı, diplomatik nümayəndəliklərin vurulmasına görə də cavab verməlidir”.

A.Zeynalov

www.yenicag.az

728
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv