!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Wall Street” “ayı bazarı”na daxil oldu

!Reklam – Yazi

ABŞ fond bazarları davam edən eniş nəticəsində “ayı bazarı”na daxil olub.

Yenicag.az xəbər verir ki, ABŞ səhmləri həftənin ilk günündə kəskin ucuzlaşıb. Ona görə də “Wall Street”də FED-in gözlənilən aqressiv faiz artımının iqtisadiyyatı tənəzzülə sürükləyəcəyi ilə bağlı qorxular artıb.

Son dörd ticarət günündə dəyər itirən Nyu-York birjasının ən böyük indeksi olan Standard & Poorfs 500 (S&P 500) ötən gün 3,88 faiz dəyər itirib. Yanvar ayından bəri 20 faizdən çox düşmüş “S&P 500″də itkilər ayı bazarını təsdiqləyib.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmiləri davam edən yüksək inflyasiyanın mümkün təsirlərini müzakirə etmək üçün çərşənbə günü görüş təşkil edəcəklər. Görüşdə FED siyasətçilərinin ardıcıl ikinci yarım bənd faiz dərəcələrini artırması, 2024-cü il və sonrakı dövr üçün iqtisadi artım, işsizlik, inflyasiya ilə bağlı son proqnozlarını açıqlayacağı gözlənilir.

FED sədri Cerom Pauell bildirib ki, qiymət artımları qaneedici vəziyyətə çatana qədər Mərkəzi Bank faiz artımını həyata keçirəcək. Siyasətçilər isə iyul ayında keçiriləcək növbəti iclasda borclanma xərclərini 1,75-2 faizə çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

ABŞ fond bazarlarının “ayı bazarı”na girdiyini qəbul edən Asiya birjaları “Wall Street”i izləyib. Yaponiya istisna olmaqla Asiya-Sakit Okean fond bazarlarında itkilər 1 faiz civarındadır. Tokioda Nikkei indeksində ucuzlaşma 1,74 faizə çatıb.

Qeyd edək ki, “ayı bazarı” bazarda uzun müddət qiymət azalmalarının olduğu müddətdir. Pessimizm və mənfi investor əhval-ruhiyyəsi şəraitində qiymətli kağızların qiymətlərinin son zamanlarda görülən ən yüksək səviyyələrdən 20% və ya daha çox aşağı düşdüyü bir vəziyyəti təsvir edir. “Ayı bazarları” “S&P 500” kimi ümumi bir bazarda və ya indeksdəki enişlə əlaqələndirilir.

Gülşən Şərif

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv