!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“WhatsApp” yeni funksiya üzərində işləyir

!Reklam – Yazi

Məşhur WhatsApp messencerinin tərtibatçıları “əlaqə siyahısı üçün xəbər bülleteni yaratmaq” funksiyası üzərində işləyirlər.

Yenicag.az xəbər verir ki, bu barədə WABetaInfo portalı yazır.

 

Nəşrin məlumatına görə, yeni funksiya həm fiziki şəxslər, həm də şirkət hesabları üçün əlçatan olacaq. Onlar yeni funksiyanın köməyi ilə xəbərləri paylaşa biləcəklər.

Bülletenlərdə üçüncü tərəfin reklamı olmayacaq.

Yenilik artıq sınaqdan keçirilir. Portal mütəxəssisləri əlavə ediblər ki, hazırda funksiya ilkin inkişaf mərhələsindədir. Onun hamı üçün nə vaxt əlçatan olacağı dəqiq tarix hələ açıqlanmayıb.

WhatsApp proqramı Meta şirkətinə məxsus proqramdır və mesajlar, zənglər, fotolar, videolar, sənədlər və səsli mesajlar göndərməyə və qəbul etməyə imkan verir.

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv