!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“WhatsApp”a yeni funksiya əlavə edildi

!Reklam – Yazi

“WhatsApp” tərtibatçıları messencerdə stikerlərin yaradılmasını asanlaşdırmaq istəyirlər.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, “WhatsApp”ın versiyalarından birində söhbətdə birbaşa fotodan stikerlər yaratmaq üçün nəzərdə tutulmuş funksiya tapılıb.

Məlumata görə, “WhatsApp”ın Android üçün beta versiyasında 2.24.6.5 kod nömrəli stiker redaktoru aşkar edilib ki, o, istənilən şəkli stikerə çevirə bilir.

Bunu etmək üçün sadəcə bir şəkil açmaq, üç şaquli nöqtə kimi görünən “Seçimlər” əmrini vurmaq, sonra açılan menyudan “Stikerlər yarat” əmrini seçmək lazımdır. İstifadəçidən dərhal stiker saxlamaq və ya redaktə etmək təklif olunacaq, bundan sonra onu istənilən söhbətə göndərmək olar.

Bildirilir ki, bu yanaşma stikerlərin yaradılmasını xeyli asanlaşdıracaq və sürətləndirəcək.

www.yenicag.az

101
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv