!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“WhatsApp”da yeni funksiya

!Reklam – Yazi

“WhatsApp” tərtibatçıları mesencerin yeni versiyasını təqdim ediblər.

Yeni versiyada, hətta smartfonun telefon kitabçasında nömrələri qeyd olunmayan insanlarla da ünsiyyət qurmaq mümkün olub.

Məlumata görə, mesencerin yeni versiyasında bir şəxslə ünsiyyətə başlamaq üçün “Yeni söhbətə başla” başlığını seçmək və açılan pəncərəyə nömrəni daxil etmək kifayətdir. Bundan sonra nömrə əlaqə axtarış nəticələrində görünəcək və ona mesaj yazmaq mümkün olacaq. Qeyd edək ki, əvvəllər “WhatsApp”da bir şəxslə yalnız onun telefon nömrəsini yadda saxlamaqla söhbətə başlamaq mümkün idi.

Qeyd edək ki, bu seçim Android və iOS-un bütün istifadəçiləri üçün əlçatandır. Onu quraşdırmaq üçün Google Play və ya App Store-a daxil olmaq, kataloqda “WhatsApp”ı tapmaq və “Yeniləmə” düyməsini sıxmaq lazımdır.

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv