!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Whatsapp”da yenilik

!Reklam – Yazi

84506Mobil mesajlaşma proqramı olan “WhatsApp” istifadəçilərinə təhlükəsizlik xidməti verəcək.

İlk olaraq WhatsApp-ın Android versiyasına tətbiq ediləcək yeni sistem istifadəçilərə bir çox üstünlüklər verəcək. Bununla da “WhatsApp”ın mesajları artıq şifrələnəcək.

Mesajlar yalnız göndərən və mesajı alan adama şifrəsiz olaraq görünəcək. Göndərilmə zamanı isə heç bir şəkildə mesajın orijinal halı görünməyəcək və gizlilik qorunacaq. Bununla da “WhatsApp”dan göndərilən mesajların kompüter piratlarının və ya təhlükəsizlik orqanlarının əlinə keçməsinin qarşısı alınacaq.

“WhatsApp”ın bu qərarının kəşfiyyat xidmətlərinin və təhlükəsizlik təşkilatlarının reaksiyasına səbəb olacağı gözlənilir.

Qeyd edək ki, WhatsApp dünyada təxminən 600 milyon adam tərəfindən istifadə edilir. Dünyanın ən böyük sosial şəbəkəsi olan “facebook” bu ilin fevral ayında “WhatsApp”ı təxminən 22 milyard dollara satın alıb.(anspress.com)

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv