!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaçmazda dəhşətli intihar - Qadın özünü hərəkətdə olan avtomobildən atdı

!Reklam – Yazi

Xaçmaz rayonunda 42 yaşlı qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Vələmir kəndinin ərazisində baş verib.

Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Səmalə Qasımova özünü Cavanşir Səfərovun idarə etdiyi “VAZ 21015” markalı avtomobildən atıb. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./Report/

www.yenicag.az

2533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv