!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaçmazda prezidentin sərəncamı ilə qazılan quyu cəmi 3 saat işləyib - VİDEO

!Reklam – Yazi

Xaçmaz rayonu Tikanoba kəndi susuzluqdan əziyyət çəkir.

Yenicag.az xəbər verir ki, bu barədə kənd sakinləri məlumat verib.

Kənd sakinlərinin sözlərinə görə,prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ildə qazılan su quyusu cəmi 3 saat işləyib və ondan sonra bir daha quyudan su gəlməyib.

Məsələ ilə bağlı dəfələrlə aidiyyatı orqanlara şikayət edilsə də, qurumlar qeyri-ciddi cavablarla insanları yola verirlər.

Kənd sakinləri bildirir ki, onların nəinki içməli, heç suvarma üçün də suyu yoxdur.

Video kadrlardan görəcəksiniz ki, görülən işin səhlənkarlığı məsuliyyətsizliyi üzündən quyu nəinki işləmir, hətta uçub.

Kəndin su ilə yanaşı elekrik problemi də var. Kəndin ərazisindəki işıq dirəkləri 1962-ci ildən qalmadır.

Daha ətraflı araşdırmaçı jurnalist Cəmil Məmmədlinin hazırladığı videodan izləyə bilərsiniz:

www.yenicag.az

820
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv