Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xaçmazda SU ETİRAZI: İki kənd ayağa qalxdı – VİDEO

Xaçmaz rayonunda iki kəndin sakinləri icra hakimiyyətinin qarşısında aksiya keçiblər.

Yenicag.az xəbər verir ki, Xaçmaz rayonunun Ağarəhimoba və Köhnə Xaçmaz kəndlərinin sakinləri üzləşdikləri su probleminin həlli tələbi ilə Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına toplaşıblar.

Kənd sakinlərinin bildirdiyinə görə, ərazidə suvarma kanalının olmasına baxmayaraq, onlara həmin mənbədən su götürməyə imkan verilmir.
Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov aksiya iştirakçıları ilə görüşərək, onların şikayətlərini dinləyib. Başçının müavini problemin ümumi su qıtlığı ilə əlaqədar olduğunu bildirib:

“Xaçmaza saatda 12 kub su verilməli olduğu halda, cəmi 3,5 kub su verilir. Ötən il su bol idi, indi isə su qıtlığı yaşanır. Bu səbəbdən də, kəndlərə su çatdıra bilmirik. Bu, bizim günahımız deyil, problemin səbəbi su qıtlığındadır”.

Ancaq kənd sakinləri Osmanovun bu arqumenti ilə razılaşmayıblar. Onlar kanalda suyun səviyyəsinin normal olduğunu deyərək, rayon rəhbərliyini problemi tezliklə aradan qaldırmağa çağırıblar.

Xaçmazda keçirilən aksiyadan görüntüləri təqdim edirik:

Səxavət Məmməd

Loading...

www.yenicag.az

1059
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100