!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaçmazda taxıl sahəsində yanğın oldu

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Yalama kəndi ərazisində taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Yenicag.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilməmiş taxıl sahəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində kənd əhalisinə məxsus ərazidə 0,1 ha sahədə biçilməmiş taxıl sahəsi və ətrafında 0,6 ha sahədə kol-kos, quru ot yanıb. Ətraf ərazilər, o cümlədən hava elektrik xəttləri yanğından mühafizə olunub.

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv