!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalidə Bayramova işində adı keçən baş həkim danışdı - VİDEO

!Reklam – Yazi

Xəbər verildiyi kimi dünən Baş Prokurorluq Səbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Bayramova Xalidə Nuru qızına xəbərdarlıq edilməsi ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı müəyyən edilmişdir ki, Səbail RİHB-nin birinci müavini Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib “Covid-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib.

Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanununun 23-cü maddəsinə əsasən Səbail Rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilib.

Yenicag.az xəbər verir ki, Busaat.az medianın gündəmini məşğul edən hadisə ilə bağlı məlumatda adı keçən 1 saylı Şəhər Poliklinikasının baş həkimi Kübra Cabbarova ilə əlaqə saxlayıb. Baş həkimin eksklüziv açıqlamasında Səbail RİHB-nin birinci müavini Xalidə Bayramova ilə bağlı hər hansı orqana şikayət etmədiyini bildirib. Baş həkim qeyd edib ki, hadisə fevral ayının 19-da yaşanıb: “Mənim bu məsələ ilə bağlı heç bir dövlət orqanına şikayətim olmayıb. Xalidə Bayramovanın bacısı gəlib bildirdi ki, məndə allergik reaksiya var və mən bu səbəbdən vaksinasiya olmaq istəmirəm. Mən bildirdim ki, bununla bağlı 5 saylı xəstəxananın immunoloji bölməsi sizi müaəyinə edib rəy verməlidir. Yalnız bundan sonra siz vaksinasiya olunmaya bilərsiniz. Amma ümumiyyətlə bu könüllüdür, istəmirsinizsə çıxın gedin. Bütün bunlar icra hakimiyyəti və Səhiyyə nazirliyinin nümayəndələrinin yanında baş verib”.

Kübra Cabbarova bildirib ki, bu söhbətdən sonra Xalidə Bayramovanın bacısı 19 fevralda birinci doza vaksinasiya olunub və gedib: “1 ay sonra-19 martda gəldi və dediki məndə allergik reaksiya olub. Mən dedim ki, bununla bağlı hara müraciət etmisiz, təcili yardım çağırmısınızmı?! O bildirdi ki, əlimdə səpkilər yaranıb. Mən bildirdim ki, bu müxtəlif səbəblərdən ola bilər. Qeyd etdim ki, ikinci doza peyvəndlənmə olmalıdır. O sual verdi ki, mən də allergik reaksiya varmı? Mən bildirdim ki, bəli, izləri var. Bundan sonra o dedi ki, allergik səpkilər səbəbindən ikinci doza vaksinasiya olmaq istəmir. Biz də imtina kimi rəsmiləşdirdik və o çıxdı getdi. Bizim xəstəxanada səhər saat 9-dan 18-dək icra hakimiyyəti və Səhiyyə nazirliyinin nümayəndələri vaksinasiya prosesinə nəzarət edirlər. Başqa heç bir şey olmayıb və mən heç yerə müraciət etməmişəm. Mən olanı dedim. Kim bundan necə istifadə edirsə özləri bilər”.

www.yenicag.az

839
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv