Xalq artisti: “Aktyor səhnədə hambal da ola bilər, əyyaş da, həyatda isə…”

Xalq artisti, tanınmış aktyor İlham Namiq Kamal keçmişi xatırlayıb.

Yenicag.az xəbər verir ki, aktyor ailəsinin onu jurnalist kimi görmək istədiyini, lakin o teatrı seçdiyini deyib:

“Sənədlərimi Teatr İnstitutuna verdim və qəbul oldum. Evdəkilərə deyəndə çox təəccübləndilər”.

Xalq artisti hesab edir ki, aktyor tənha olmağı da bacarmalıdır:

“Aktyor səhnədə hambal da ola bilər, padşah da, əyyaş da. Həyatda isə tənha olmağı bacarmalıdır. Tənha ola bilmirsə, səhnədə müxtəlif xarakterləri yarada bilməz”.

O, tamaşaçı sevgisindən də danışıb:

“Aktyor ülgüc üstə elə gəzməlidir ki, ayağı qanamasın. Onda zərgər dəqiqliyi olmalıdır. O tamaşa zamanı ağrıya da bilər, təzyiqi də yüksələr. Tamaşaçıların səhnədə səni alqışlaması, xoş sözlər o ağrı-acını unutdurur”.

Cəvahir

COP29