Xalq artisti, tanınmış aktyor Ənvər Həsənov gənc nəslin ekranlaşdırdığı yeni filmləri tənqid edib.
Yenicag.az-a açıqlama verən aktyor belə filmlərə baxıb əsəbiləşdiyini, buna görə də yalnız köhnə filmlərə baxdığını bildirib:
“Kino səmimiyyəti sevir. Amma bu gün çəkilən filmlərdə səmimiyyət yoxdur. Baxırsan, onun-bunun ağzını əyirlər. Filmə çəkilən aktyorların əksəriyyəti saqqal saxlayır. Axı niyə? Soruşursan, deyir dəb belədir. Ümumiyyətlə, yeni çəkilən filmlərə baxmıram. Biabırçılıqdır, baxıb, əsəbiləşirəm. Yalnız köhnə filmlərə baxıb zövq alıram. Söz yox ki, gənclər bizim davamçılarımızdır. Lazım gəlsə, onlara məsləhətlər verməyə hazıram. Məsləhət alan rejissorlarımız da var”.
Aktyor gənclərin ərsəyə gətirdikləri filmlərə dəvət aldığını, lakin bu dəvətlərdən imtia etdiyini deyib:
“Dəvətlər olur, amma çəkilmirəm. Son illər çəkilən hansı filmdə məni görmüsüz? Heç birində. Özümə, sənətimə, yaşıma uyğun rollara çəkilə bilərəm. 70 yaşım olacaq, durub hansı rol verdilər, çəkilə bilmərəm. Söz yax, pula hamının ehtiyacı var. Elə mənim də. Amma illərlə qazandığım hörmət-izzəti yerə vurmaq istəmirəm”.
Cəvahir