Xalq artisti, tanınmış aktyor Nurəddin Mehdixanlı fəxri adına güvənən və buna görə də özünü təkəbbürlü aparan sənət adamlarından danışıb.
Yenicag.az xəbər verir ki, aktyor onları sərt tənqid atəşinə tutub:
“Yanlış bir yanaşma var: mən sənət adamıyam, hər şey edə bilərəm. Biri də gəlir, elə bil, alçaq dağları bu yaradıb. Ə nə olub qardaş, sən də bir kişinin oğlusan, mən də. Xalq artisti, əməkdar artist – bu şeylərdən bir az istifadə etmək lazımdır. Fəxri ad heç nəyi dəyişmir. Fazil Salayevin fəxri adı yox idi, amma böyük hərflərlə aktyor idi”.
ARB-nin “Səhər-səhər” verilişindən olan görüntüləri təqdim edirik:
Nehru