Xalq artisti, tanınmış diktor Sabir Ələsgərlinin həkim nəzarəti altında müalicəsi davam edir.
Yenicag.az-a açıqlama verən diktor səhhətindən danışarkən belə deyib:
“Şükürlər olsun ki, əvvəlki kimi deyiləm. Səhhətimdəki ciddi problemlər aradan qalxıb. Amma evdə müalicəm də davam edir.Vaxtaşırı həkim müayinəsindən keçirəm”.
Xalq artisti həmkarı Ofeliya Sənaninin xəstəliyinə görə də narahatlığını dilə gətirib:
“Ofeliyanın xəstəxanaya yerləşdirilməsi xəbərini eşidəndə sarsıldım. Çox şükr, indi yaxşıdı. Mən də baş çəkəcəm. Köhnə diktorların sayı o qədər də çox deyil. Bizim dövrümüzdə cəmi bir televiziya vardı, hamımız bir ailə kimiydik. Diktorların bir çoxunu itirdik, yerdə qalanların da çoxunun səhhətində problemlər var. Allah hamısına kömək olsun”.
Cəvahir