!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Buna görə atam məni danışdırmayıb”

!Reklam – Yazi

“Məcburam ki, oturub ölümümü gözləyim”.

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti, tanınmış aktyor Valeh Kərimov deyib.

Teatrdan, kinodan kənarlaşdırılan aktyor səhnə üçün çox darıxdığını bildirib.

Bu sənətdə çox əziyyətlər çəkdiyini, hətta səhnəni seçdiyinə görə vaxtilə atası ilə küsülü qaldığını deyən V.Kərimov kövrəlib:

“Söhbət küskünlükdən getmir. Bikar insanam. Mənim də bikarçılıqdan zəhləm gedir. Bu sənətə gəlmişəm ki, ömürlük işləyim. Axı niyə kənarda qalım ki? Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir. Yaratmaq istəyirəm. Maaş vermə, prezident təqaüdü alıram, amma çalışım. Axı səhnəyə gəlməkdən ötrü vaxtilə atam da danışdırmayıb məni. Səhnəyə hər şeyimizi qurban vermişik, səhnəyə görə gec ailə qurdum. Müəllimim dedi ki, ailəlisən? Dedim, subay. Dedi, özünü sənətdə tapsan, evlənərsən. Gördüm, tapmadım, getdim, day evləndim. İkisindən birini seçdim. Evdə öz-özümə nə qədər monoloq qurum? Məcburam ki, oturub ölümümü gözləyim”.

Aktyor bu sözləri “Üzə-düz” verilişində deyib.

Cəvahir

www.yenicag.az

782
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv