“Səhnədə və kinoda yaratdığım obrazlarımla tez-tez hal-əhval tuturam, dərdləşirəm, paylaşıram. Çünki onlar həyatımın bir parçasıdır. Tamaşaçılarım məni o obrazlarla tanıyıb, sevib. Doğum günümdə məni təbrik edənlərin sırasında onlar da var…”
82 yaşını tamamlayan tanınmış aktyor, xalq artisti, “Yeddi oğul istərəm” filminin Şahsuvarı, xalq artisti Rafiq Əzimov təəssüratlarını Yenicag.az-la bölüşərkən belə deyib.
Aktyor doğum gününü teatrda, iş başında qeyd edib:
“Hazırda “Stullar” tamaşasının məşqini edirik. Çox sevdiyim, dəyər verdiyim həmkarlarımla bərabərəm. Mənim üçün yaşın, rəqəmin heç bir fərqi yoxdur. Əsas olan ruh halımdır. Çalışıram gənclərdən geri qalmayım. Sevdiyim sənətimlə məşğulam. Allah bu yaşı da mənə qismət etdi, buna görə hər gün ona şükür edirəm”.
Xalq artisti ilk hədiyyəni həmkarı, aktrisa Həmidə Ömərovadan aldığını deyib.
Cəvahir