!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti əməliyyat olundu

!Reklam – Yazi

Tanınmış aktyor, Xalq artisti Tariyel Qasımovun səhhətində problem yaranıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə aktyor gözündən əməliyyat olunub.

Saytmıza açıqlama verən Xalq artisti T.Qasımov səhhəti barədə danışıb:

“Neçə illər idi ki, gözümdə problemlər var idi. Bir neçə il əvvəl o biri gözüm də əməliyyat olunmuşdu. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında tanınmış oftolmoloq Qurban İsmayılov gözümü əməliyyat etdi. Elə birinci dəfə də sol gözümü Qurban həkim əməliyyat etmişdi. Demişdi, bir-iki aya gələrsən, o biri gözünü də əməliyyat edərik. Filmlərə çəkildim, teatrda tamaşalar oldu, işin çoxluğundan gedə bilmədim. Gördüm, pis görürəm. Elə bu günlərdə çəkildiyim “Xosrov və Şirin” filmində də ciddi problemlər yaşadım. Axır məcbur olub xəstəxanaya getməli oldum. Hərtərəfli müayinə edəndən sonra təcili əməliyyat olunmağıma qərar verdilər”.

Cəvahir

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv