!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti ƏSƏBİLƏŞDİ: “Çağırdığı qonağı da tanımır”

!Reklam – Yazi

Son vaxtlar bəzi aparıcıların səsi, sənəti olmayan müğənniləri tərfiləyib sənətkar kimi təqdim etməsi müzakirələrə səbəb olub. Bir çox sənətkarlar buna qarşı çıxaraq, həmin aparıcıları sərt tənqid atəşinə tutub.

Yenicag.az-a açıqlama verən məşhur diktor, Xalq artisti Ofeliya Sənani də bunu haqlı irad kimi dəyərləndirib. Sənani aparıcıları məlumatsızlıqda, qeyri-peşəkarlıqda günahlandırıb:

“Mən o sənətkarlara haqq qazandırıram. Adam var illərini, canını sənətə fəda edib, səsi, sənəti ilə xalqın sevgisini qaznıb, amma səsi olmayan birini onun yanında tərifləyib göylərə qaldırırlar. Ona görə də sənətkarlar verilişlərə getmək istəmir. Bu, aparıcının qeyri-peşəkarlığının nəticəsidir. Verilişinə çağırdığı qonağı tanımır, onun həyat və yaradıcılığından xəbəri olmur. Elə aparıcı var ki, qonağı olan müğənnini elə verilişdə görüb tanıyır. Hansı ki, aparıcı qonağını tanımalı, onun barəsində öncədən bütün məlumatları – sənət aləmində hansı nailiyyətləri olduğunu bilməlidir. Bu məlumatsızlıq nəticədə acı sonluqla bitir. Səsi olmayan müğənnini tərifə tutur, sənətkar isə kənarda baxa-baxa qalır .

İzləyici hər şeyi görür və təəssüf hissi keçirir. Olmaz belə…

Əvvəllər belə səhvlərə görə aparıcılar cəzalandırılırdı. İndi güclü nəzarət edilmir. Eyni səhvləri dəfələrlə təkrarlayırlar, çünki bilirlər ki, heç kim buna görə onu cəzalandırmayacaq. Baxırsan düzgün danışmır, savadsız, məlumatsızdır, hərəkətlərinə fikir vermir, geyiminə nəzarət etmir. Mən buna görə televizora baxmıram. Çünki baxıb əsəbiləşirəm. Qeyd edim ki, bu sözlərim təbii ki, bütün aparıcılara aid deyil”.

Cəvahir

www.yenicag.az

1825
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv