!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti filmlərdə SÖYÜŞƏ QARŞI: “Ayıbdır, qız-gəlin baxır”

!Reklam – Yazi

“Söyüş istifadə olunan nə filmlərə baxıram, nə də tamaşalara…”

Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti, tanınmış aktyor Valeh Kərimov son vaxtlar gənc nəslin çəkdikləri film və seriallarda işlədilən söyüş, təhqirlə bağlı fikirlərini bölüşərkən deyib.

Aktyor filmlərdə istifadə olunan söyüş və təhqirin milli adət-ənənəmizə zidd olduğunu bildirib:

“Ümumiyyətlə, söyüşə qarşıyam və bunu qətiyyən qəbul etmirəm. Ayıbdır, xalqımızın adət-ənənəsi, mentalitetimiz var. Bu filmə qız-gəlin, ana-bacı, uşaq- böyük baxır axı. Söyüş olan nə filmlərə, nə də tamaşalara baxıram. Bu, sənət deyil axı. İncəsənət dediyimiz incə sənətdir. Burada sözü o qədər incə formada işlətmək lazımdır ki, sənətə xələl gəlməsin. Yoxsa ki, söyüş söy, adını da qoy film, tamaşa”.

“Sizcə niyə, gənclər çəkdikləri filmlərlə bağlı yaşlı sənətkarların səsləndirdiyi tənqidlərə dözümsüzdür və buna görə onlara sərt təpki ilə qarşılıq verirlər” sualını da cavablandırıb:

“Onların çəkdikləri film deyil, çəkilişə doğru gedən yolda atılan ilk addımlardır. Təkmilləşərlər və yavaş-yavaş film çəkməyi də öyrənərlər. Bu, proses belə olmalıdır. Əbəttə, tənqidi qəbul etməyəcəklər, çünki onlar nə bu şin təhsilini alıblar, nə də ali məktəbdə oxumağa həvəsləri var. Düşüblər azad, qəşəng bir zəmanəyə, istədiklərini edirlər, adını da qoyurlar kino. Öz çəkdiklərini də özləri bəyənir. Bütün sahələrdə belədir”.

Cəvahir

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv