!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalq artisti: “Gecə səhərə qədər gözümün yaşı qurumayıb”

!Reklam – Yazi

Tanınmış aktyor, xalq artisti Yasin Qarayevin səhhətində problemlər yaranıb.

Yenicag.az-a açıqlama verən aktyor ailəsi ilə birgə koronavirusa yoluxduğunu və ev şəraitində müalicə olunduğunu bildirib:

“Ailəvi şəkildə müalicə olunuruq. Həkim evə gəlib-gedir, müalicəmi təyin edib. Sistemlər vurulandan sonra qızdırmam düşdü. Heç nədən də qorxmuram. Onsuz da bu dünyaya gələn hər kəs bir gün bu dünyanı tərk edəcək. Bu bir həqiqətdirsə, niyə ölümdən qorxum ki? Onsuz da ölüm gələndə gələcək, heç məndən də nəsə soruşmayacaq. Dünyanı tutub getmiyəcəm ki… Dünən o cür oğullarımız şəhid oldu, onlardan artıq deyiləm ki… Bu ağır xəbəri eşidəndə, xəstəliyim də yaddan çıxdı. Heyf onlardan, hər birinin Vətən, xalq üçün müstəsna xidmətləri var idi. Gecə səhərə qədər gözümün yaşı qurumayıb. Xalqımız çox ağır itki yaşadı”.

Cəvahir

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv