Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xalq artisti: “Gedib orda azarımı öldürürəm” – FOTO

Uzun müddətdir ki, film, serail, səhnə və efirlərdə görünməyən xalq artisti, tanınmış aktyor Valeh Kərimov tədbirlərin birinə qatılıb.

Yenicag.az-a açıqlama verən aktyor görünməməsinin səbəblərini rejissorlar tərəfindən dəvətlər almaması ilə izah edib:

“Mən elə iddialı insan deyiləm. Rejissorlar dəvət etsələr, çəkilərəm. Kimə demək olar ki, məni də filminə çək”.

“Heç o serialları izləmirəm” deyən xalq artisti köhnə filmlərin nostaljisi ilə yaşadığını da etiraf edib:

“Qoca kişiyəm, keçmiş filmlərə baxıram və o filmlərlə yaşayıram. Heç bir teatrda işləmirəm, amma hərdən Sumqayıt və Mingəçevir teatrına gedib, səhnəyə çıxıb azarımı öldürürəm”.

Aktyor incikliyini də gizlətməyib:

“Xarici ölkələrdə böyük aktyorlar üçün xüsusi ssenarilər yazılır, filmlər çəkilir. Amma bizdə belə deyil. Hansı görkəmli aktyorumuz üçün məxsusi ssenarilər yazılıb? Əliağa Ağayev, Siyavuş Aslan, Yaşar Nuri və digərlərini yada salın, varmı onlar üçün məxsusi filmlər? Əlbəttə, bu mənə pis təsir edir. Biz də bu sənətdəyik, biz də aktyoruq axı”.

Cəvahir

www.yenicag.az

430