!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti GİZLİNLƏRİ AÇDI: “Allah məni ağır sınağa çəkdi”

!Reklam – Yazi

“1988-ci ildə səhhətimlə bağlı bir imtahana çəkildim və bunu Allahın bir sınağı kimi qəbul etdim. Ağır günlər yaşadım, amma bu sınaqdan alnıaçıq çıxdım”.

Bunu tanınmış xanəndə, Xalq artisti Zabit Nəbizadə illər sonra sağlamlığı ilə bağlı yaşadığı problemlərdən danışarkən Yenicag.az-a açıqlamasında deyib.

Xanəndə niyə xəstəliyi barədə danışmadığına, bunu gizlin saxladığına da aydınlıq gətirib:

“34 il əvvəl başıma gələn bir iş idi, çətin günlərdən keçdim. O vaxt tibb o qədər inkişaf etməmişdi, tibbi avadanlıqlar yox idi. Həkimlərin başı çıxmadı ki, mənim xəstəiyim nədir? Mənə xərçəng diaqnozu qoydular, sonra bu xəstəliyə görə müalicə olundum. Onda da Movskvaya müalicəyə getməliydim, bu da alınmadı. Çünki göndəriş verilməliydi, onda belə şeylər çətin olduğundan alınmadı. Nəhayət, öyrəndim ki, məndə bel yırtığı problemi var. Müalicə etdilər, sağaldım. Bəzən deyirlər ki, niyə bunu indiyə kimi gizlətmisən? Mən heç kimdən heç nəyi gizlətməmişəm. Sadəcə olaraq hər şeyi danışan adam deyiləm. Xanəndəyəm, durub keçmişimlə bağlı nə yaşamışamsa? hamısını danışası deyiləm ki… Bilən bilir”.

O, indi səhhətinin əladan bir az da artıq olduğunu bildirib: “Əladan bir az da artıq əlayam”.

Cəvahir

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv