!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Həkimlər üzümü silllələyib məni həyata qaytardılar”

!Reklam – Yazi

“Ora çatmağa az qalmışdı, atamın gözlərini gördüm…”

Yenicag.az xəbər verir ki, Xalq artisti Həmidə Ömərova illər əvvəl keçirdiyi kliniki ölümdən danışarkən belə deyib.

Aktrisa həmin an xoşbəxt olduğunu və bu həyata qayıtmaq istəmədiyini bildirib:

“Övladımı dünyaya gətirəndə kliniki ölüm keçirdim. Adətən, kliniki ölüm keçirənlərin hamısı eyni şeyi deyirlər. İşıq surəti ilə uçursan, qarşıda işıq var. Qaranlıq dünya buradır. Mən o işığa doğru uçurdum. Eşidirdim ki, arxada uşaq ağlayır. Görməyən gözlərimlə arxada anamı, yoldaşımı görürdüm. Mən dünyaya uşaq gətirmişdim və artıq missiyamı yerinə yetirmişdim. O an, həqiqətən, mən çox xoşbəxt idim.
Mən işıqlı dünyaya uçurdum, amma qoymadılar. Ora çatmağa az qalmışdı, atamın gözlərini gördüm. Həkimlər üzümü silllələyib məni bu problemli dünyaya qaytardılar. Amma mən bunu istəmirdim”.

Xalq artisti bunu ARB-nin efirində açıqlayıb.

Cəvahir

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv