Reklam

Reklam

Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Hüseynağa Sadıqovun xatirə gecəsi keçirilib.

Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbirdə görkəmli teatr və kino aktyoru Hüseynağa Sadıqovun həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub.

Tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi xatirə gecəsində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, kinoşünas, rejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyev, əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, xalq artistləri Yasin Qarayev, Həmidə Ömərova, Ağaxan Salmanlı, əməkdar artist Almaz Mustafayeva, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov çıxış edərək bənzərsiz səsə və xarakterik sifət cizgilərinə malik olan Hüseynağa Sadıqovun həyat və yaradıcılığı haqqında danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə H.Sadıqovun rol aldığı tamaşa və filmlərdən epizodlar nümayiş olunub. Əməkdar artistlər Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev və Hüseyn Əlili gecədə ifa ediblər. Sonda görkəmli sənətkarın qızı Tamilla Sadıqova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 109
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.