Xalq artisti ilə bağlı gizlinlər: “Bunu eşidəndə şok oldum” – VİDEO

Uzun illərdən sonra xalq artisti Akif İslamzadənin heç yerdə səslənməyən mahnıları ilk dəfə olaraq üzə çıxarılacaq.

Bu barədə Yenicag.az-a açıqlamasında “Şeron” qrupunun rəhbəri, musiqiçi Rüstəm Zeynallı deyib:

“İllərdir ki, Akif İslamzadənin arxivi mənim kompüterimdədir. Onun hamısını dinləmişəm, hər biri şedevrdir. Bir çox səbəblər üzündən sənətkar o mahnıları zamanında üzə çıxara bilməyib. Mən özüm də bunu eşidəndə şok oldum”.

Yaxın günlərdə həmin mahnılardan ibarət albom işıq üzü görəcək.

Həmin videonu təqdim edirik:

Cəvahir
Həşim