!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti İLK DƏFƏ AÇIQLADI: “Buna görə o dəvətdən imtina etdim”

!Reklam – Yazi

“Dəfələrlə olub ki, dəvət aldığım seriallardan imtina etmişəm. Bunun da səbəbləri var…”

Bunu tanınmış aktrisa, Xalq artisti Xalidə Quliyeva yerli serialların keyfiyyəti barədə fikirlərini Yenicag.az-la bölüşərkən deyib.

Aktrisa serialların dramaturji keyfiyyətinin aşağı olduğunu təəssüf hissi ilə bildirib:

“Serialların keyfiyyəti, səviyyəsi barəsində danışmağa ehtiyac yoxdur. Onu çəkən rejissorlar da bunu yaxşı bilirlər. Qıraqdan deməyə heç ehtiyac da yoxdur. Sadəcə olaraq imkan daxilində kənardan pul tapırlar, evə çörəkpulu aparırlar. Əksəriyyəti də gənclərdir, çalışırlar, nəsə eləsinlər. Durub o gəncləri tənqid etmək də olmur. Baxırsan, hansısa serialın neçənci mövsüm çəkilişləri başlayıb, özləri də deyir ki, bezmişik, amma evə çörəkpulu aparırıq. Kimisinin krediti var, kimisinin evi ipotekadadır. Burada sənətdən söhbət gedə bilməz. Onlar özləri də heç özlərini tərifləmir. Biri bu işi sevdiyi, digər çörəkpulu üçün çalışır. Məktəb olmayandan sonra danışmağın yeri yoxdur. İstedadlı kadrlar yetişdirilməlidir. Bir də önəmli olan peşəkarlıqdır.

Dəfələrlə olub ki, neçə serialdan imtina etmişəm. Çünki obraz məni qane etməyib. Hər bir obrazın dramaturji yükü olmalıdır. Sonuncu dəfə “Mən kiməm” serialına çəkildim. Çünki ssenarisini bəyənmişdim. “Daun” sindromlu gəncin taleyindən bəhs edirdi. Amma indi oturmuşam, yaradıcılıqdan uzaqdayam, çox darıxıram. Hərdən deyirəm, kim hansı filmə dəvət etsə, gedib çəkiləcəm. O gün bir filmə dəvət aldım, orada da rol xoşuma gəlmədiyi üçün imtina etdim. Adi bir misal çəkim. Salata çürümüş kök əlavə edəndə necə olacaq? Çox səbəblər var. “Ümid edək” də demək istəmirəm, çünki heç işartı da yoxdur”.

Cəvahir

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv