Xalq artisti insult keçirdi: Xəstəxayana yerləşdirildi – FOTO

Xalq artisti Ağakişi Kazımov xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında rejissorun həyat yoldaşı, Əməkdar artist Mehriban Abdullayeva deyib.

A.Kazımov Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Qeyd edək ki, Xalq artisti insult keçirib. Hazırda onun vəziyyəti stabil ağırdır.