!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalq artisti Könül Xasıyeva konsert verdi - FOTO

!Reklam – Yazi

Bu gün Xalq artisti Könül Xasıyeva konsert verib.

Yenicag.az xəbər verir ki, sənətçinin “Röyamdasan” adlı solo konsert proqramı Heydər Əliyev Sarayı səhnəsində baş tutub.

Xalq artisti konsertə başlamazdan öncə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükut ilə yad edib. Daha sonra üç gün öncə vəfat edən sənət dostu, Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə bağlı xatirələrini bölüşüb. Ona Allahdan rəhmət diləyib.

Konsertdə Xalq artisti ilk olaraq “Naçar gedər” ifasını səsləndirib.

Baş tutan tədbirdə Xasıyeva sevilən muğamlarını, xalq mahnılarını ifa edib.

O, qiraətçi Ağalar Bayramovla səhnədə olub. Sənətkat pərəstişkarlarına möhtəşəm gecə yaşadıb.

Qeyd edək ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül Xasıyeva sonuncu dəfə aprel ayında konsert verib./Oxu.az/

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv