!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti KÖVRƏLDİ: “Onları silib atsam, ömrümün sonuna qədər…”

!Reklam – Yazi

“Nə gizlədim, doya-doya yaşadığım illər də olub, yola verdiyim illər də… 50-50-yə demək olar. Amma həyatımdan bir anı, bir dəqiqəni belə silib atmaq istəmərəm, nəinki bir ili. Onları silib atsam, ömrümün sonuna qədər kölgə kimi məni izləyəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən Xalq artisti, yüzlərlə məşhur mahnıların müəllifi tanınmış bəstəkar Oqtay Rəcəbov təəssüratlarını bölüşərkən deyib.

Bəstəkar ən böyük hədiyyəsini Allahdan aldığını bildirib:

“Allahdan ən böyük hədiyyəmi çoxdan almışam, düşünürəm ki, ondan böyük hədiyyə ola bilməz. O da mənim övladlarımdır. Bu gün də onlar üçün yaşayıram. Bəzən özümə sual verirərəm ki, bu qədər də yaşamaq olar? Amma dərhal övladlarımı, doğmalarımı düşünürəm və fikirləşirəm ki, onlara hələ lazımam. Allahın insana bəxş etdiyi bir ömür payı var. Nə vaxt bu dünyadan köçəcəyimizi də yalnız O bilir. O bunu bizlər üçün gizlin saxlayıb. Nə qədər yaşayacağımı bilmirəm, amma nə qədər yaşayası olsam, yenə də həyatımı musiqilərə həsr edəcəm. O musiqilər ki, mən bu dünyada olmayanda da mənim ömrümü yaşamaqda davam edəcəklər. Dörd yüzə yaxın mahnılarım var, yüzlərlə filmə musiqilər yazmışam, uşaqlar üçün bəstələdiyim 150-dən artıq mahnılarım var ki, neçə-neçə nəsil o musiqilərlə böyüyüb. Bəstəkar üçün bundan böyük xoşbəxtlik ola bilərmi? O mahnıların hər biri həyatımın bir parçasıdır. Heç vaxt da o mahnılara fərq qoymamışam. Çünki hamısı mənim övladlarımdır”.

Xalq artisti doğum günü münasibəti ilə mayın 6-da Filarmoniyada böyük musiqili tədbir keçiriləcəyini də bildirib.

Cəvahir

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv