!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti mərhum aktyor barədə: “Ağır qəzadan sağ çıxdı, amma ürəyi o faciəyə dözmədi”

!Reklam – Yazi

“Avtomobil qəzası keçirmişdi. Ağır qəzadan sağ çıxdı, amma ürəyi o qanlı gecədə törədilən faciəyə dözmədi…”

Bunu mərhum həmkarı, məşhur aktyor Hamlet Xanızadənin anım günündə xatirələrini bölüşərkən Xalq artisti Rafiq Əzimov Yenicag.az-a açıqlamasında deyib.

R.Əzimov Hamlet Xanızadənin həm möhtəşəm aktyor, həm də gözəl insan kimi yaddaşlarda qaldığını bildirib:

“Hamlet ölümünü qabaqlayan sənətkar idi. O, sanki qarşıda onu gözləyən ölümü hiss edirdi. Buna görə də var qüvvəsi ilə bir-birindən gözəl rollar yaradırdı. Azərbaycan milli kino və teatr tarixində onun yaratdığı obrazlar misilsizdir. Cəmi 49 il yaşadı. Nə yaşdır ki, hələ nə qədər filmlərdə gözəl rollar yaradacaqdı. Ürəyi aman versəydi… 20 yanvar hadisələri zamanı heç özünə gələ bilmirdi. Dəhşətli faciə günündə yaralılara kömək edir, onları xəstəxanalara daşıyırdı. Olduqca kövrək və həssas insan idi. Heç cür özünə yer tapa bilmirdi. Bu hadisə hamımız kimi ona da pis təsir etmişdi. Demək olar ki, sarsılmışdı. Ürəyi dözmədi, ürək tutmasından dünyasını dəyişdi. Ölümündən bir müddət əvvəl öz avtomobili ilə qəza keçirmişdi. Xəstəxanaya yanına getdim. Çox pis durumda idi. Sağalıb ayağa qalxdı. Amma əcəl onu soyuq fevral günündə yaxaladı”.

Cəvahir

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv