!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti mərhum həmkarı BARƏDƏ: “Fərqli sənətkar olduğu kimi, həm də bənzərsiz, özünəməxsus…”

!Reklam – Yazi

“Teatrı, sənət dostlarını çox sevirdi, sənətinə həddən artıq bağlı insan idi”.

Bu sözləri mərhum Xalq artisti Ramiz Novruzu anım günündə yad edən Xalq artisti Firəngiz Mütəllimova Yenicag.az-a açıqlamasında deyib.

O, vəfatından bir il ötməsinə baxmayaraq, həmkarının yoxduğu ilə hələ də barışa bilmədiyini vurğulayıb:

“Bu gün Ramizin anım günüdür. Amma onunla bağlı xatirələr yalnız bu gün deyil, həmişə gözümün önündən kino lenti kimi keçir. Hər dəfə teatra gedəndə elə bilirəm, otağından çıxıb gülə-gülə mənimlə salamlaşacaq.

Fərqli bir sənətkar olduğu kimi, həm də bənzərsiz, özünəməxsus bir insan idi Ramiz Novruz. Onun şux zarafatlarını, yumorunu heç vaxt unutmuram. Teatrı, sənət dostlarını çox sevirdi, sənətinə həddən artıq bağlı insan idi. Hələ çox arzuları vardı, yeni tamaşalarda oynamaq arzusu ilə yaşayırdı. Amma amansız xəstəlik onu bizdən alıb apardı”.

Aktrisa Ramiz Novruzla sonuncu dəfə vəfatından iki-üç ay əvvəl görüşdüyünü xatırlayıb:

“Sonuncu dəfə onu dünyasını dəyişməzdən bir neçə ay əvvəl gördüm. Açığını deyim ki, mənim üçün ağır olduğundan, onu xəstə halında görmək istəmirdim. Lakin telefonla danışıb, hal-əhval tuturduq. Danışıqlarımızın səs yazısını özümdə saxlayıram.

Allah onun ailəsinə səbr versin. Çünki bu itki o qədər ağırdır ki, təsəlli üçün söz belə acizdir. Hər dəfə Cavidanı görəndə elə bilirəm, Ramizi görürürəm. O həmişə bizimlədir. Ramizin yoxluğu ilə barışmaq çətindir”.

Cəvahir

www.yenicag.az

299
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv