!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti müğənniləri TOPA TUTDU: “Toyda araqdı, kababdı...”

!Reklam – Yazi

“Toyla səhnənin fərqi qalmayıb”.

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan açıqlamasında deyib.

Sənətçi bu gün toyda oxunan mahnıların böyük səhnələrdə ifa olunmasına qarşı çıxıb:

“Səhnə toya getməyib, amma toy səhnəyə gəlib. Toyla səhnənin fərqi qalmayıb, amma əvvəllər bu fərq var idi. Səhnə yüksəkdə dayanırdı, çünki sənət nümayiş etdirilirdi. İndi səhnə klassik janrda, teatrda qalıb. Amma estrada musiqisini götürəndə toyla səhnə birləşib. Toy mahnıları toyda da, səhnədə də oxunur.

Toyun öz istiqaməti var, belə yerdə daha çox əyləncə olmalıdır. Mən demirəm ki, səhnəni toya gətirək. O zaman adam darıxar. Amma toy mahnısı da səhnəyə gəlməməlidir. Ona görə ki, səhnə tamaşaçıya tərbiyə verir. Səhnədə çalışan aktyor, artist həmişə tamaşaçıdan iki-üç addım irəli getməlidir. Tamaşaçını ardınca çəkib aparmalıdır. Onda cəmiyyət də inkişaf edir. Amma toyda araqdı, kababdı, aşdı, orada əyləncə var. “Çikkada-çikkada” adamı necə qabağa apara bilər? Bütün ömrü boyu qalacaqsan elə o “çikkada-çikkada”da.

Deyəcəklər, bəlkə camaatın zövqü pisdir, o musiqi ilə bu musiqinin fərqini başa düşmür?

Bəs nə yaxşı camaat maşının fərqini başa düşür, “Jiquli”yə minmir, “Mercedes”ə, “Tayota”ya minir. Başa düşür qəşəng, estetik, rahat olan hansıdır… Musiqidə də bu fərq bilinməlidir. Toyda ifa olunan mahnıları oxumaq üçün böyük səs diapazonu da lazım deyil. Orta səviyyəli müğənni belə mahnıları oxuyur”.

Qeyd edək ki, müğənni bunu efirdə söyləyib.

Cəvahir

www.yenicag.az

1075
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv