!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalq artisti: "Onlar öz ayaqları ilə Xankəndidən çıxıb gedəcəklər"

!Reklam – Yazi

“Bu hadisə baş verməzdən öncə Şuşada musiqi tədbirində idik. Şuşanı görüb ürəyimiz açıldı. Amma bu sevinci doyunca yaşamamış şəhid xəbərləri aldıq. Hələ də özümə gələ bilmirəm”.

Bunu Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olmasından sarsılan tanınmış tarzən, Xalq artisti Möhlət Müslümov Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti şəhid ailələrinə Allahdan səbr diləyib:

“Elə bilirdim, daha şəhid vermərik, amma yenə igid Vətən oğullarının qanı töküldü. Fəxri Xiyabana getdim, izdiham var idi. Ürək edib irəli gedə bilmədim. Kənarda dayandım. Özümü saxlaya bilməyib ağladım. İnsan öz torpağında belə vəhşiliklə necə qarşılaşa bilər? Düşünürəm, elə bir hündür hasar çəkəydilər, onlar bu tərəfə keçə bilməyəydilər, heç vaxt üzlərin görməyəydik. Onlar bizə heç vaxt dost olmayıblar, əbədi düşmənlərimizdir. Dünyada ikinci belə vəhşi millət tanımıram. Bunlar elə bil meşədə doğulub, insaniyyətdən nə qədər uzaq millətdir. Əminəm ki, Qarabağda bir dənə də erməni qalmayacaq. Özləri öz ayaqları ilə Xankəndidən də çıxıb gedəcəklər, digər yerlərimizdən də. Artıq bütün dünya onların iç üzünü yaxşı tanıyır. Bunların nəfəsi də yalandan gedib-gəlir. Allah dövlətimizi, Ordumuzu, Prezidentimizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, ata-analarına səbr versin”.

Cəvahir

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv