!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalq artisti onun üçün “Ayan”ı oxudu - FOTOLAR

!Reklam – Yazi

Xalq artisti Röya Ayxan Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqlarla görüşüb.

Yenicag.az-a bu barədə müğənninin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, məşhur sənətçi Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilə bağlı belə bir addım atıb.

“Ayan Babazadənin ən böyük arzularından biri mənimlə görüşmək imiş. Buna biganə qala bilməzdim. “Nargis” Fondunun kollektivi ilə birlikdə Uşaq Klinikasına baş çəkdim. Görüşümüz elə maraqlı keçdi ki… Onun üçün “Ayan” mahnısını oxudum, digər uşaqlarla birgə dedik, güldük, əyləndik. Hədiyyələrini verdik. Hisslərimi yazmaqda çətinlik çəkirəm.

Bu gün həm də Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür. Onlarla bağlı arzularım çoxdur. Hamınızı sağlam, ailənizin yanında görmək istəyirəm. Mənim balaca dostlarım, sizi sevirəm”, – deyə Röya Ayxan qeyd edib.

 

 

www.yenicag.az

383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv