Xalq artisti qarət olundu – VİDEO

Tanınmış qarmon ifaçısı, xalq artisti Avtandil İsrafilov qarət edilib.

Yenicag.az xəbər verir ki, Avtandil İsrafilov qarət olunduğunu qatıldığı televiziya verilişində etiraf edib.

O, qızıl və brilyantlarla bəzədilmiş qarmonunu nümayiş etdirərək, həmin brilyantlardan ikisinin oğurlandığını deyib:

“Bu qarmonun üzərindəki naxışlar qızıldandır. Brilyantlar da vardı, ikisini oğurladılar, üstündən çıxarıb apardılar. Olan işdir”.

ARB-nin “Öz evimizdir” verilişindən olan görüntüləri təqdim edirik.

Nehru