Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xalq artisti tədbirdə gözyaşı tökdü - Onu kim ağlatdı?

Xalq artisti Gülyaz Məmmədova tələbəsinin tədbirində göz yaşı tökdü. Hətta bacısı Gülyanaq Məmmədova belə onu sakitləşdirə bilmədi.

Yeniçağ.az xəbər verir ki, tələbəsi yazıçı Fatimə Vəfanın “Qəlb yarası” adlı kitabının təqdimat mərasiminə qatılan G. Məmmədova duyğulanıb. Müğənni ruh halını belə izah edib:

“Fatimə Vəfa mənim tələbəm olub, muğamlarımızın mahir ifaçısı olan bu qız sonradan yazısı kimi fəaliyyət göstərməyə başladı. Onun “Qəlb yarası” romanı ilk sətrindən məni kövrəltdi: “Kimininki əl yarası, kimininki qol, kiminki bel… Mənimki qəlb yarası…”. Bu sətirləri oxuyarkən göz yaşlarımı saxlaya bilmədim. Mən də insanam, mən də qadınam və hər kəs kimi mənim də qəlbimi sızladan yaralarım var”.

“Azərkitab” evində baş tutan mərasimdə bir çox məşhurlarımız – Gülyanaq Məmmədova, illərin sənətkarı Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, rəqqas İlham Kərimli, prodüser Nail Naiboğlu, Aşıq Vüqar, aktrisa Mila Əminə və başqaları da iştirak edib.

Fatimə Vəfa yaxın günlərdə Molla Pənah Vaqif və həyat yoldaşı Qızxanımın həyatından bəhs edən yeni romanı ilə oxucularının görüşünə gələcəyini bildirib. Əslən Şuşadan olan yazar tarixi romanda beş dəfə ailəli olan Qızxanımla bağlı gizlinlərin yer alacağını da bildirib.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

648