!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti Türkiyəyə köçməsinin əsl SƏBƏBİNİ AÇIQLADI: "Atamdan sonra onu 10 il yaşada bildim"

!Reklam – Yazi

“Atam dünyasını dəyişəndən sonra anam çox ağır stress keçirdi və iflic oldu”.

Yenicag.az xəbər verir ki, bunu 1995-ci ildən Türkiyədə yaşayan və fəaliyyət göstərən tanınmış aktyor və rejissor Xalq artisti Cahangir Zeynalov deyib.

Bakıya gələn Xalq artisti uzun illər öncə qardaş ölkəyə köçüb, orada yaşamasının əsl səbəbini ilk dəfə olaraq açıqlayıb:

“Atam dünyasını dəyişəndən sonra anam çox ağır stress keçirdi və iflic oldu. Onun dərman və yaşam xərclərini qarşılamaq üçün Türkiyəyə işləməyə getdim. İmkanım, savadım, bacarığım olub, atamdan sonra anamı 10 il yaşada bilmişəm. Əslində mən həyat yoldaşımla ora 3 ya da 5 illiyə getmişdik. Sonradan vəziyyət dəyişdi, qalası olduq”.

C.Zeynalov ölkə xaricində Azərbaycan əleyhinə danışanlarla çox sərt davrandığını, onları susdurduğunu bildirib:

“O zaman Azərbaycanın iqtisadi durumu yaxşı deyildi, buna görə kimsəni də təqsirləndirmək olmaz. Mən hər zamam xaricdə də Azərbaycan əleyhinə danışanlara, onu kiçiltməyə çalışanlara nifrət etmişəm. Adını çəkməyəcəm, Türkiyədə olub elə insanlar, mübahisəmiz düşüb, dartışmışam, onları susdurmuşam, demişəm, sən azərbaycanlısan, Vətəninin, qanının dəyərini bil. Mən sərt danışanam, demişəm, demək ki, sənin qanın pozuqdur”.

Xalq artisti bunu “Söhbət var” verilişində deyib.

Cəvahir

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv