!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti üçün SEÇİM ANI: “Azərbaycanın adını bütün dünyada qalib ölkə kimi tanıdan...”

!Reklam – Yazi

“Qarabağımızda, işğaldan azad olunan bütün Vətən torpaqlarında Azərbaycan bayrağı dalğalanır, məscidlərimizdən azan səsi gəlir”

Bu fikirləri 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı danışan Xalq artisti Firəngiz Mütəllimova Yenicag.az-a açıqlamasında deyib.

O, Azərbaycan xalqına zəfər sevinci yaşadan ölkə başçısının prezidentliyə yeganə namizəd olduğunu bildirib:

“Əlbətdə, Azərbaycanın adını bütün dünyada qalib ölkə kimi tanıdan və xalqımıza Zəfər sevinci yaşadaraq tarix yazan Ali Baş Komandanımız İlham Əliyevə səs verəcəm. Onun Azərbaycan dövləti və xalqı üçün gördüyü işlər göz yabağındadır.

İllərdir, həsrətini çəkdiymiz torpaqlarımız işğaldan azad olundu.

Bu gün Qarabağımızda, Şuşamızda, Xankəndidə və işğaldan azad olunan bütün Vətən torpaqlarında Azərbaycan bayrağı dalğalanır, məscidlərimizdən azan səsi gəlir. Qarabağda yenidənqurma işləri aparılır, düşmənlərin viran qoyduğu doğma torpaqlarımız gülüstana çevrilir.

Bundan böyük fəxarət, bundan böyük sevinc ola bilməz. Bu sevinci bizə yaşadan müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib prezidenti müstəqil Azərbaycanı bütöv Azərbaycana çevirən İlham Əliyevdir və yenə də O olacaq”.

Cəvahir

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv