!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Ürəyim dözmür, onlara baxıb ağlayıram”

!Reklam – Yazi

“Gecə-gündüz televizorun qabağında oturub ancaq xəbərləri izləyirəm. Nə qədər insan həlak olur, ürəyim dözmür, onlara baxıb ağlayıram…”

Bunu Yenicag.az-a açıqlamasında tanınmış tarzən, Xalq artisti Möhlət Müslümov Rusiya-Ukrayna müharibəsinin sənət adamlarına vurduğu mənəvi zərərdən danışarkən deyib.

“Cabbar Qaryağdıoğlunun bir məşhur sözü var idi, deyirdi, dünyanın o başında top atsalar, onun qəlpəsi gəlib sənət adamına dəyir. Bu dəqiqə sənət adamlarını da yalnız bir şey düşündürür, o qanlı hadisələr tez bitsin. Çünki özümüz də müharibənin acılarını yaşamışıq. Ukraynada mənim də tanıdığım insanlar. Dostlar, qohumlar var, onların vəziyyəti bizi də narahat edir. Harasa bir verilişə, tədbirə çağırırlar, heç musiqi ifa etməyə əlim də gəlmir. Bundan öncə də pandemiya musiqi cameəsinə nə qədər böyük zərbə vurdu. Hələ də bu bəla aradan qalxmayıb. Eyni zamanda, sərhədlər də bağlanır. Nə qədər ölkədə konsertlərimiz olmalıydı, səfərlər təxirə salındı.

Adamlar var, vecinə də deyil, onu yalnız toy maraqlandırır. Amma musiqimiz toydan ibarət deyil axı. Gərək Azərbaycan musiqisi ölkə kənarına da çıxsın, təbliğ olunsun. Bu hadisələr, pandemiya buna imkan vermir. Adamın ürəyi də açılmır. Hər kəsin gözü indi Ukraynaya dikilib. Tezliklə Allah o qəddar insanların ürəyinə rəhm salsın, bitsin bu müharibə. Yazıqdır o günahsız körpələr, o qadınlar, o qocalar, o cavanlar…”

Cəvahir

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv