Xalq artisti vəfat etdi

Rusiyanın xalq artisti Oleq Tabakov dünyasını dəyişib.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, 82 yaşlı aktyor Çexov adına Moskva Bədii Teatrının direktoru olub. Məlumata görə, Tabakovun ağ ciyərləri süni hava aparatına qoşulmuşdu.

Qeyd edək ki, mərhum aktyor 1935-ci il 17 avqust tarixində Saratovda, həkim ailəsində dünyaya gəlib.