!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Yalvarırdılar ki, azan oxuyun, Allah bizi bəladan qurtarsın”

!Reklam – Yazi

“Allah tezliklə bizi bu koronavirus bəlasından qurtarsın. İnsanlar qorxu içindədir. Onları qınamıram da. İtaliya, Belçikada nə qədər adamlar həyatını itirdi. Belçikada xristianlar müsəlmanlara yalvarırdı ki, çıxın eyvanlarınızda azan oxuyun, Allah bizi bu bəladan qurtarsın. Görün, insanlar necə dəhşət içindədir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Ofeliya Sənani koronavirus pandemiyasından danışarkən deyib.

Məşhur diktor karantin günlərində efirlərdə nümayiş olunan verilişlərə də münasibət bildirib:

“Efirlərdən qəmginlik yağır. Pozitiv verilişlərin sayı çox azdır. Əslində onları da qınamalı deyil, hər kəs pis əhval-ruhiyyədədir. Televiziyanın işçiləri də koronavirusdan qorxur, amma neyləsinlər, məcburiyyətdən işə çıxırlar. Hamı bu bəlanın bitəcəyi günü gözləyir. Qorxuram ki, virusun ikinci dalğası gələ. Onda çox çətin olacaq. Allahın bizə rəhmi gəlsin”.

Diktor səhhətindən də danışıb:

“Mikroinfarkt keçirmişəm, amma indi daha çox təzyiqdən əziyyət çəkirəm. Çox yüksəkdir, taqətsiz oluram. Dərman içsəm də, xeyri olmur”.

Cəvahir

www.yenicag.az

727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv