!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən efir səviyyəsizliyinə ÜSYAN: “Sənəti, səsi olmayanları zorla millətə sırıyırlar”

!Reklam – Yazi

“Ərə gedənlər, ərindən boşananlar, min dənə hoqqadan çıxanlar yığılışıb dedi-qodu edirlər”.

Bu sözləri telekanallarda yayımlanan verilişlərlə bağlı iradlarını səsləndirən Xalq artisti Möhlət Müslümov Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti telekanallarda yayımlanan bayağı, səsi və sənəti olmayanların meydan suladığı verilişləri tənqid atəşinə tutub:

“Televiziyaların içərisində əsl sənətə qulluq edən verilişlər barmaqla sayılacaq qədərdir. Yəqin ki verilişlər elə o adamların səviyyəsinə görə hazırlanır. Baxıram aparıcıya, elə o da da həmin adamların səviyyəsindədir.

Bəzən o qonaqların arasında ağsaqqallar da olur. Onlar da sənəti olmayanlara əl çalır, tərifləyir, reklam edirlər. Nəticədə də sənəti, səsi olmayanları zorla millətə sırıyırlar.

Mən bununla bağlı bir neçə kanal rəhbərinə də tənqidi fikirlərimi bildirmişəm. Onlar reklamla dolandıqlarını əsas gətiriblər. Deyirəm, axı gənclərin düşüncəsi zəhərlənir, uşaqların tərbiyəsi pozulur. Televizoru açıram, baxıram bəzi verilişlərə, deyirəm, heyf bu efirə, heyf bu efirə sərf olunan pullara…

Ərə gedənlər, ərindən boşananlar, min dənə hoqqadan çıxanlar yığılışıblar dedi-qodu edirlər. Aylardır, bir neçə qızı oturdub studiyada ağızlarına gələni danışırlar. Ürəyi gedən kim, bir-birinin üstünə hücum çəkən kim… Bir sözlə, biabırçılıqdır”.

Cəvahir

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv