!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən illər sonra ETİRAF: “Dedilər, sənə məktub gəlib, yazmışdı ki…”

!Reklam – Yazi

“Tamaşa bitəndən sonra mənə dedilər ki, sənə məktub gəlib. Baxdım ki, yazılıb, “gözəlim, yar gözəlim…”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Xalq artisti Fidan Hacıyeva şəxsi həyatı ilə bağlı gizlinləri bölüşərkən deyib.

Həyat yoldaşı Filiplə ilk tanışlığından danışan sənətçi həyat yoldaşının ilk öncə onun sənətinə vurulduğunu bildirib:

“Konservatoriyanın tələbəsi idim, bir tədbirə dəvət almışdım. İfamdan sonra mənə bir nəfər yaxınlaşdı və ingilis dilində gözəl səsiniz var, mən də operanı sevirəm dedi. Sonra harada çalışdığımı soruşdu, mən də ingilis dilində cavab verdim ki, Opera Teatrında işləyirəm.

Həmin vaxt “Arşın mal alan” da Asiyanın partiyası mənə həvalə olunmuşdu. Tamaşa bitdi, dedilər, sənə məktub var. Açıb oxuyanda gördüm həmin oğlandandır. Azərbaycanlı dostunun köməkliyi ilə mənə bir məktub yazmışdı. “Gözəlim yar gözəlim” sözlərini də məktuba əlavə etmişdi. O məktubda telefon nömrəsi də qoymuşdu. Bu məktubdan sonra görüşdük və bu tanışlıq evliliklə nəticələndi. İndi üç övladımız var”.

Nehru

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv