!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən İNANILMAZ ETİRAF: “Buna görə mənə nifrət etsələr, xoşbəxt olaram”

!Reklam – Yazi

“Heç vaxt özümə doğum günü keçirməmişəm. Heç yadıma da gəlmir. Bir dəfə 40 yaşım olanda mərhum rejissor Hüseynağa Atakişiyev tetatrda mənə doğum günü tədbiri təşkil etdi. Rəhmətlik Vaqif Səmədoğlu da gəlmişdi. Yadıma bir o gəlir…Təmtəraqdan xoşum gəlmir”.

Bunu doğum günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşən Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov deyib.

Aktyor rəqəmlərin onun üçün önəm daşımadığını da bildirib:

“Rəqəmlər sadəcə olaraq rəqəmdir. Yaş üstünə yaş gəlir, gedir. Əsas odur ki, Allahın mənə bəxş etdiyi gözəl hədiyyələrlə mükafatlandırılmışam. Övladlarım, nəvələrimə görə Allahıma minnətdaram. Sevdiyim işlə məşğulam ki, bu da məni xoşbəxt edir”.

Xalq artisti yaradıcılığından da danışıb:

“Deyim ki, arzuladığım, lakin hələ oynamadığım elə bir rol yoxdur. Oynadığım bütün obrazları sevirəm, onlar mənə çox doğmadır. Obrazın mənfi, ya müsbət olmasının da mənim üçün fərqi yoxdur.

Zamanında mənfi rolları da oynamışam. Yenə də oynayaram. Heç vaxt buna görə ehtiyat etməmişəm ki, birdən mənfi rola görə tamaşaçı mənə nifrət edə bilər, yaxud gözündən düşərəm. Əksinə, mənfi roluma görə mənə nifrət etsələr, bunu özüm üçün xoşbəxtlik sayaram. Mərhum sənətkarlarımız da zaman-zaman müsbət obrazlarla yanaşı, mənfi rollara çəkilib. Məlik Dadaşov “Fəryad” filmindəki obrazına görə özünə nifrət yarada bilmişdi. Əgər hansısa mənfi rola görə mənə nifrət etsələr, buna görə xoşbəxt olaram”.

Cəvahir

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv