Xalq artistindən qalmaqallı sözlər: “Lüt qadını göstərib, adını da qoyurlar erotika”

Xalq artisti, tanınmış rejissor Eldar Quliyev son illər Azərbaycan kinosunda yaranan boşluqdan danışıb.

Yenicag.az-a açıqlama verən rejissor son iki il ərzində Kinostudiya tərəfindən heç bir film istehsal olunmadığını bildirib:

“Son iki il ərzində Kinostudiyada filmlər çəkilmir. Səbəbini bilmirəm. Elə özüm də son illər film çəkməmişəm. Qeyri-peşəkarlar tərəfindən kommersiya xarakterli filmlər çəkilir ki, onlara da baxmıram. Baxmadığım filmlər barədə də heç bir fikir söyləyə bilmərəm”.

Xalq artisti tamaşaçı cəlb etmək məqsədi ilə son vaxtlar Azərbaycan kinosunda istifadə olunan açıq-saçıq səhnələrə də münasibət bildirib:

“Dünyaca məşhur rejissorlar filmlərində erotikadan istifadə ediblər. Çox da uğurlu alınıb. Çünki bunu peşəkar səviyyədə edirlər. Filmin bədii keyfiyyəti bunu tələb edib və həmin kadrlardan istifadə olunub. Erotika xatirinə erotika çəkmək düzgün deyil. Bizdə lüt qadını göstərirlər, adını da qoyurlar erotika”.

Cəvahir

COP29