!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən SƏMİMİ ETİRAF: “Bağışlaya bilməyəndə...” - MÜSAHİBƏ

!Reklam – Yazi

“Bu ağır yüklə yaşamaq çətindir”

Deyir, çox səmimiyəm, amma səmimi olduğu qədər də insanlarla sərhəd saxlayır. Bağışlamaq məsələsinə gəlincə…

Xalq artisti, sevilən aktrisa Xalidə Quliyevanın doğum günündə Yenicag.az-a müsahibəsini təqdim edirik:

– Hansı ovqatla başladız yeni doğulduğunuz günə?

– Oğlum Avropadan gəldi, məhz məni təbrik etmək üçün. Bu, mənə ən böyük hədiyyə idi. Doğum günümün bu səhərini çox xoş ovqatla açdım. Çünki ailəm yanımdadır. Həmişə arzuladığım kimi… Bu, mənim üçün çox vacibdir.

-Dünənki Xalidə ilə bu günkü Xalidənin bir-birinə kəm baxdığı vaxt olubmu? Yaxud da əksinə…

– Gün bitir, axşam olanda özümü sorğu-suala tuturam ki, bu gün neylədim, nəyi düz, nəyi əyri etdim. Özümü qınadığım, kəm baxdığım gün də olub, özümlə savaşdığım gün də.

– İçiniz hansı rəngdədir?

– Əslində içim ağ rəngdədir. Amma mən mən bilən bu, mümkün deyil. Bütün rənglər içimzdən keçir;qırmızısı da, qarası da. Zaman, şərait, coğrafiyadan asılı olaraq insan bütün rəngləri yaşayır. Amma əsas ağ rəngi sevirəm.

– İçinizdən boylanan balaca Xalidənin sizə zillənən baxışları həmişəmi eynidir, yoxsa dəyişir?

– İçimdən mənə boylanan balaca Xalidənin baxışları çox dəyişir, dəyişkəndir. Fəxr etdiyi vaxt da olur, qınadığı da. Amma əsas odur ki, məqamlardan asılı olmayaraq, o, həmişə mənə sevgi ilə baxır. Kiçik Xalidə mənə sevgi ilə baxır. Əsas budur.

– Bağışlamaq, yoxsa, unutmaq- hansı sizə daha yaxındır?

– Bağışlamaq özü böyük bir bacarıqdır. Bağışlamağa çalışıram. Amma bağışlaya bilməyəndə, sadəcə, unuduram. Çünki o ağır yüklə yaşamaq doğurdan da çətindir. Mən bilən xeyirlisi unutmaqdır.

– Ömrünüzdən silib atmaq istədiyiniz il, ay, gün varmı?

– Mənim nə həddimdir ki, ömrümdən hansısa ili, ayı, günü silib tullayım. Bunlar hamısı qismətdir. Qədər deyirlər turklər. Hər bir insan həyata planlı surətdə gəlir. Amma qismət Allahdandır və mənim həddimə düşməz hansısa ilimi, ayımı, günümü siləm.

Bəli, ağır günlərim də olub, xoşbəxt günlərim də bunlar bir-birini tamalayıb, bir-biri ilə tondemdirlər, dostdurlar. Xeyr, heç nəyi silmək istəmirəm. Heç silməyə də qadir deyiləm.

– Həyatınızda yola verdiyiniz günlər çox olub, yoxsa hamısını doya-doya yaşayırsız?

– Yola verdiyim günlər də olub, doya-doya yaşadığım günlər də. Hər bir insanın çiyninə vəzifə, yük düşür. Sənin istəyindən asılı olmayaraq elə problemlər yaranır ki, doğmaların, əzizlərinin problemini həll edirsən, insanlara yardım etməli olursan. Qismətimdə nədirsə… Əsas odur ki, çalışmışam ləyaqətlə yaşayım.

– İnsanlarla sərhəd saxlayırsız?

Qəribə xasiyyətim var. İlk hövbədə səmimi olmağa çalışıram. Amma bu səmimiyyətin içində çox böyük sərhəd var. Ömür boyu sərhəddi saxlamağa, qorumağa çalışmışam. O sərhəddi aşmamağa çalışmışam. Nə qədər səmimiyəmsə, bir o boyda da sərhəddim var.

– Hansı insanlar sizdə ikrah hissi oyadır?

– İnsanlar məndə ikrah hissi oyatmır. Xarakterindən asılı olmayaraq elədir. Hərəkətdən, yaşadığı ömründən asılı olmayaraq, heç bir insana ikrah hissi ilə yanaşmıram. Sadəcə əsəbiləşə bilərəm. Əsəbiləşə və uzaqlaşa bilərəm.

– Hansı obrazınızda özünüzü görürsüz?

– Ən çox sevdiyim “Nəsimi”dəki Fatimədir. Onda özümü görürəm.

– Hansı obrazı oynamaq arzunuz olub, amma alınmayıb?

– Arzu etdiym bir obraz var idi. İndi daha arzulamaq gecdir. “Torağay” əsərindəki Janna Dark obrazı idi. Ümumiyyətlə, həmşə Janna Darkı oynamaq istəmişəm. Kumirlərim var, Onlardan biri də həyatdan götürülmüş Janna Dark obrazıdır.

– Xoşbəxt həyat yoldaşı, xoşbəxt ana, xoşbəxt aktrisa- hansı sizə daha yaxındır?

– Sadaladıqlarınız içində ilk sırada ana durur. Mən həyatım boyu ana olmağa çalışmışam. Həyatda ana obrazını yaxşı oynamağa çalışmışam. Ana olmaq istəmişəm. Bu, mənim ən ən böyük arzum olub. Arzumdur hazırda da. O birilər sonra gəlir.

Cəvahir

www.yenicag.az

5031
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv