!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən SƏRT İRAD: “Biabırçılıqdır, bunun qabağın almaq lazımdır”

!Reklam – Yazi

“Bir ölkədə nə qədər oxuyan olar, nə qədər biabırçı mahnılar olar? Bunun qabağını almaq lazımdır…”.

Bunu tanınmış tarzən, Xalq artisti Möhlət Müslümov Yenicag.az-a açıqlamasında deyib.

O, efir məkanının zəbt edən bayağı mahnılar və qeri-peşəkar ifaçılalarla bağlı sərt fikirlər səsləndirib:

“Hansı ölkəyə gedirsən, onların toyunda, restoranında ancaq öz musiqilərini eşitmişəm. Bizdə bilmirsən oxuduqları mahnının atası kimdir, anası kim? Mahnını oxşada bilmirsən ki, kimə məxsusdur. Bir hissəsi hind musiqisinə oxşayır, bir hissəsi fars və s… Biabırçılıqdır. Məsəl var e, Həsən də qəlyan çəkir, Hüseyn də qəlyan çəkir. Kim gəldi mahnı yazır, mahnı oxuyur. Səsi olan da oxuyur, olmayan da. Günah telekanallarda və sosial şəbəkələrdədir. Buna əncam çəkilməlidir. Onların əlindən televizoru aça bilmirsən. Evdə nəvələr baxır, o mahnıları eşidir. Adi qidalardan götürək. Deyirik, filan qidaları yemə, ziyandır. Belə musiqilər də mənəviyyata ziyan vurur. Zövqlər korlanıb. Toyxana musiqisi də demək olmur, çünki vaxtilə toyxanalarda gözəl musişqilər səslənirdi. Bu mahnılara ad da qoya bilmirik”.

Xalq artisti belə müğənnilərin reklam olunmasında telekanalları qınayıb:

“Efirlər yalnız o müğənnilərin reklamına işləyir. Bir veriliş tapa bilmirik, baxaq. Yaxşı ki, iki ildən bir muğam müsabiqələri keçirilir. Qulağımızın pası tökülür. Bir də görürsən muğam ifaçısını səhər verilişinə dəvət ediblər, aparıcı başının üstündə dayanır ki, oynaq mahnı oxu. Sənin nəiynə lazımdır nə oxuyur? Adam muğam ifaçısıdır, sənin ona senzura qoymağa ixtiyarın çatmır. Ümumiyyətlə, telekanallarda musiqidən başı çıxan redaktorlar yoxdur. Başqa sahənin adamları gəlib musiqi şöbəsinə rəhbərlik edir. Tək-tək verilişlər var ki, aparıcısı səviyyəli, normal suallar verir. Yoxsa ki, efirə gedirsən, elə sual verirlər, qalırsan belə ki, buna nə cavab verim. Bir ölkədə nə qədər oxuyan, nə qədər biabırçı mahnılar olar? Bunun qabağını almaq lazımdır”.

Cəvahir

www.yenicag.az

659
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv