!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən SƏRT İRAD: “Biabırçılıqdır, səsi olmayana şaqraq zəngüləsi var deyir”

!Reklam – Yazi

“Biabırçılıqdır vallah, səsi olmayana şaqraq zəngüləsi, 3 aktava səsi var deyirlər…”

Bunu xanəndə Simarə İmanovanın “Bəzən efirlərdə aparıcılar sənətçini elə bir şişirdilmiş formada təqdim edirlər ki, adam sənətdə olmağına görə utanır” fikrinə münasibət bildirərkən Xalq artisti, tanınmış tarzən Möhlət Müslümov Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti bunun əsasında aparıcıların qeyri-peşəkarlığının dayandığını bildirib:

“Simarə xanım çox düzgün danışır. Səsi olmayana şaqraq zəngüləsi, 3 aktava səsi var deyirlər . Halbuki adamın heç bir aktava səsi yoxdur. Dəhşət bundadır ki, həmin sənəti olmayanı sənətkarın yanında tərifləyib göylərə qaldırırlar. Sənətkar da təəccüb içərisində qalır ki, bu sənətkardırsa, onda mən kiməm?

Bunun günahı qeyri-peşəkarlardadır. Aparıcı verilişdən öncə bilməlidir ki, kimi qonaq çağırır, kiminlə hansı mövzuda danışacaq. Sənətkar kənardaqalır, sənəti olmayan birinə sənətdən suallar verməyə başlayırlar. Hamısına da gözəlim deyə-deyə müraciət edir. Sanki həmin adamı kimsə tapşırıb, yaxud da başqa maraqları var. Elə aparıcılar sənətkarları verilişə çağırmaqdan da qorxurlar, çünki sual vermək üçün ən azı 20 faiz sənətdən, musiqidən başı çıxmalıdır. Mən demirəm ki, dəryaya baş vur, heç olmasa, o dəryaya beş metr də olsa girə bil”.

M.Müslümov bu kimi halların izləyicilər tərəfindən də sərt etiraza səbəb olduğunu bildirib:

“Xalqın gözü tərəzidir. Belə şeylər tamaşaçıda da qıcıq yaradır. Dəfələrlə getdiyimiz tədbirlərdə, məclislərdə bizi qınayırlar. Deyirlər, siz xalq artistləri niyə danışmır, bu biabırçılığın qarşısını almırsız? Susmuşuq, çünki danışanda bizə düşmən kimi baxırlar. Danışmayanda da, içimizdə qırıla-qırıla qalırıq. Nəticədə efirlərdə səsi olmayan, sənətkar kimi təqdim olunan təsadüfi insanların təbliğatı gedir. Zövqlü insanlar kimin kim olduğunu bilir. Amma zövqsüz izləyicilər elə bilir ki, sənətkar dedikləri bunlardır. Buna görə də bir çox sənətkarlar heç televiziyalara baxmır, efirə çıxmaqdan imtina edir”.

Cəvahir

www.yenicag.az

13548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv